"Şamaxı" qış fasiləsində növbəti transferini gerçəkləşdirib, heyətini braziliyalı forvardla güclənib.
“İki sahil” xəbər verir ki, söhbət 31 yaşlı Mikael Santosdan gedir.
O, artıq yeni komandasının düşərgəsindədir. Sağ-sol vinger mövqeyində də çıxış etmək bacarığı olan cənubi amerikalı "şirlər"ə azad agent kimi qoşulub.
Qeyd edək ki, "Vila Nova"nın yetirməsi Azərbaycana gələnə kimi İsrail, Litva və Portuqaliyada legioner həyatı yaşayıb.