Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə, həmçinin BANM və TKTA nümayəndələri də iştirak edib.
BANM ilə TKTA arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, Ali məktəbin beynəlxalq və milli səviyyədə institusional akkreditasiyanın keçirilməsi ilə bağlı standartlar üzərində fikir mübadiləsi aparılıb.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO