SOCAR Sığorta və Reassurance Brokeri (SOCAR Broker), SOCAR Türkiyənin daxili sığorta brokeri olaraq sentyabr 2022-ci ildə təsis edilib.
SOCAR Brokerin əsas gəlir mənbəyi, sığorta və reassurance əməliyyatlarını asanlaşdırmaqla əldə olunan komissiyalardan gəlir. SOCAR Broker, Türkiyədə 22 sığorta şirkəti ilə və 60-dan çox beynəlxalq təkrar sığorta şirkəti iləmüqavilələrə malikdir. SOCAR Türkiyənin qrup şirkətlərindən biri olan, SOCAR Sığorta və Təkrar Sığorta Brokerliyi, dünyanın aparıcı sığorta və təkrar sığorta bazarı olan Lloyd's-da səlahiyyətli broker kimi fəaliyyət göstərmək üçün icazə almışdır.
“İki sahil”in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu fikirləri "SOCAR Türkiyə" və qrup şirkətlərinə dair qısa icmala dair keçirilən mətbuat konfransında "SOCAR Türkiyə"nin Baş icraçı direktoru Elçin İbadov deyib.
E.İbadov bildirib ki, SOCAR Broker, dünyada 300 mindən çox brokerdən yalnız bir neçəsinin əldə etdiyi Lloyd's lisenziyası ilə qlobal oyunçulara qoşulub: "Türkiyədə bu sahədə fəaliyyət göstərən 195 broker arasında Lloyd's lisenziyasına sahib 4-cü qurum olan SOCAR Broker, geniş sığorta və təkrar sığorta hovuzuna çıxış imkanı və Lloyd's brokeri kimi qazandığı nüfuzla müştərilərinə daha geniş xidmət təqdim edəcəkdir."
Orxan Vahidoğlu, “İki sahil”
İstanbul
Bakıda ənənə ilə müasirliyin harmoniyası xüsusi təəssürat yaradır - UN-Habitat nümayəndəsi WUF13 barədə danışıb
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
WUF13 inklüzivlik və əlçatanlıq mesajının daha geniş auditoriyaya çatdırılmasına imkan yaratdı