Rusiyanın Kirov rayonunun Kilmez qəsəbəsində birmərtəbəli taxta evdə baş verən yanğın nəticəsində 8 nəfər ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.
Məlumata görə, 480 kv.m sahədə açıq yanma 46 mütəxəssis və 14 ədəd texnika tərəfindən söndürülüb.
İlkin olaraq hadisə yerindən üç nəfərin, dağıntılar təmizlənərkən daha beş nəfərin meyiti aşkarlanıb. Üç nəfərin təxliyə edildiyi qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.