03 yanvar 2025 21:15
175

Çin Hindistan torpaqlarını işğal edib? - Yeni Dehlidən İDDİA

Hindistan Çinin elan etdiyi iki yeni rayonun onun sərhədlərini pozduğunu iddia edərək, bunu qanunsuz işğal kimi qiymətləndirib.

“İki sahil” xəbər verir ki, bunu “Hindustan Times” qəzetinin məlumatına görə, Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval Çinin Sincan-Uyğur Muxtar Bölgəsinin Hotan əyalətində iki yeni rayon yaratması ilə bağlı açıqlamasına reaksiya verib.

Etirazlarını diplomatik kanallarla Çinə çatdırdıqlarını deyən Caisval deyib: “Qondarma rayonların bəziləri Hindistanın nəzarətində olan Ladax bölgəsində yerləşir və bu ölkə sərhədlərinin pozulması deməkdir”.

Onun sözlərinə görə, rəsmi Yeni Dehli heç vaxt Çinin bölgədəki Hindistan ərazisini qanunsuz işğalını qəbul etməyib.

Qeyd edək ki, Çin dekabrın 27-də Sincan-Uyğur Muxtar Bölgəsinin Hotan əyalətində iki yeni əyalət - Hıanq və Hıkanq əyalətləri yaratdığını elan edib.

Çin və Hindistan arasında Himalay dağları ilə əhatə olunmuş qeyri-müəyyən sərhəd ölkələr arasında suverenlik mübahisələrinə səbəb olur. Çaylar, göllər, buzlaqlar və qarlı zirvələrlə dolu olan 3500 kilometrlik sərhəd tərəfləri tez-tez üz-üzə gətirir.

Pekin hökuməti Hindistanın “Cənubi Tibet” adlandırdığı Arunaçal Pradeş əyalətində 90 min kvadrat kilometr əraziyə iddialıdır. Yeni Dehli isə Aksay Çin yaylalarını əhatə edən 38 min kvadrat kilometr ərazinin Pekin administrasiyası tərəfindən işğal edildiyini iddia edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”