Peşəkar təlim keçmiş Ukrayna hərbçiləri olmasa, Qərbin verdiyi silahlar yararsız olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə EU Reporter yazıb.
Məqalədə vurğulanır ki, Ukrayna müharibə zamanı ən qiymətli sərvətini – elit kadrlarını itirib. Bildirilir ki, Ukrayna ordusunda kadr çatışmazlığı Qərb silahlarından istifadənin qarşısını alır.
Bundan əvvəl analitiklər ABŞ-ın Ukraynaya hərbi yardımının həcminin 19,5 milyard dollara qədər azaldığını müəyyən etmişdilər.