28 dekabr 2024 16:11
105

Aviaqəzada xəsarət alan iki azərbaycanlının təxliyəsi ilə bağlı həkimlər konsilium keçirəcək

Qazaxıstan həkimləri Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alan iki xəstənin təxliyəsi ilə bağlı Azərbaycanlı həmkarları ilə konsilium keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin bəyanatında bildirilir.

“Hazırda Manqistau vilayətinin çoxprofilli xəstəxanasında 6 xəstə müalicə olunur. Onlardan dördü reanimasiya şöbəsində, ikisi isə travmatologiya şöbəsindədir. Xəstələrin vəziyyətində pisləşmə müşahidə edilmir. Bir xəstə vazopressor preparatlardan çıxarılıb, bir qadın xəstənin tonik dərmanlarının dozası isə 3-dən 1-ə qədər azaldılıb.

Qırğızıstan Respublikasının səhiyyə qurumları ilə üç zərərçəkmişin, onlardan ikisinin səhhəti nəqliyyat vasitəsilə daşına bilinməsinə hazır, birinin isə ağır vəziyyətdə süni tənəffüs aparatına qoşulmuş halda daşınması ilə bağlı məsələlər müzakirə olunur.

Azərbaycana iki xəstənin təxliyəsi məsələsi ilə bağlı həkimlərlə konsilium keçirmək, onların nəql üçün hazırlığını qiymətləndirmək planlaşdırılır”, - deyə nazirlikdən bildirilib.