Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan Respublikasının Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq “İnsan alverinə qarşı mübarizə” mövzusunda seminar keçirilib. DİN yanında İctimai Şuranın sədri və “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova tərəfindən təqdim olunan seminarda Akademiyanın əməkdaşları və tələbələri, eləcə də DGK-nın Əməliyyat İstintaq Baş İdarəsinin, ərazi və ixtisaslaşmış struktur bölmələrinin nümayəndələri iştirak ediblər.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov insan alverinə qarşı mübarizənin əhəmiyyətindən, bu istiqamətdə olkəmizdə görülən işlərdən bəhs edərək mövzu üzrə gömrük əməkdaşlarının maarifləndirilməsinin önəmini xüsusilə qeyd edib.
Seminarda insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, ölkəmizdə bu sahədə qanunvericilik bazası və insan alverinə qarşı mübarizə tədbirlərindən ətraflı bəhs ediblər.
Daha sonra mövzu üzrə video-çarx nümayiş olunub.
İnteraktiv şəraitdə keçən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.