İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə və digər dövlət rəsmiləri Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət edərək başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, onlar təyyarə qəzasında insanların həlak olması ilə bağlı İran höküməti və xalqının başsağlığını çatdırıb, kitaba ürək sözlərini yazıblar.