26 dekabr 2024 20:44
118

Qəza nəticəsində həlak olan sərnişinlərdən 4 nəfərin cənazəsi və daha 7 yaralı ölkəyə gətirilib

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsi qəzasında həlak olan dörd nəfərin nəşi və yaralanan yeddi nəfər Bakıya gətirilib.

“İki sahil” xəbər verir ki, onla AZAL-ın aviaşirkətinə məxsus təyyarə ilə gətirilib.

Bu gün həmçinin 7 yaralı Fövqəladə Hallar Nazirliyinin təyyarəsi ilə Bakıya gətirilib.