26 dekabr 2024 19:04
390

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın İslamabaddakı səfirliyində olub

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dekabrın 26-da Azərbaycanın İslamabaddakı səfirliyində olub.

“İki sahil” xəbər verir ki,  səfirlikdən bildiriblər ki, Baş nazir “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan itkisi ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə şəfa diləyib.

Məhəmməd Şahbaz Şərif başsağlığı kitabında ürək sözlərini yazıb. O, Pakistanın qardaş Azərbaycana hər cür yardım göstərməyə hazır olduğunu bildirib.