26 dekabr 2024 17:05
379

Səfir: ABŞ Azərbaycana hər hansı yardımı göstərməyə hazırdır

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi təyyarə qəzası ilə əlaqədar ölkəmizə qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduqlarını bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Birləşmiş Ştatlar dünənki faciəvi qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalmağını arzulayır. ABŞ səfirliyi, azərbaycanlı tərəfdaşlarımızla həmrəylik əlaməti olaraq bayrağını endirib və qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduğunu bildirir",-diplomat vurğulayıb.