“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilib.
“İki sahil” xəbər verir ki, bu münasibətlə Azərbaycan Ordusunda anım mərasimi keçirilib. Aviaqəza nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar