Qorxunc bir hesabat 2050-ci ilə qədər su altında qala biləcək 13 şəhəri üzə çıxarıb.
Müxtəlif ərazilərdə dəniz səviyyəsi yüksəlməkdə davam edir və böyük şəhərlər növbəti 25 ildə yerin altında batmaq riski ilə üzləşirlər.
Araşdırmalar göstərir ki, iqlim dəyişikliyinin bu təsiri ilk növbədə sahilyanı şəhərlərə təsir edir və bu, gələcək onilliklərdə dünyamızın çox fərqli görünməsi ilə nəticələnə bilər.
Amsterdam (Hollandiya)
Hollandiya alçaq, düz və Şimal dənizinə yaxın olan bir ölkədir.
Ölkə əslində o qədər alçaqdır ki, onun ən alçaq nöqtəsi dəniz səviyyəsindən 22 fut aşağıdadır.
Su səviyyəsinin artması ilə bu, Amsterdamı riski altında qoyur.
Piterboro (Böyük Britaniya)
Ərazi Şimal dənizinə tökülən Nene çayının səviyyəsinin yüksəlməsindən təsirlənir. Gələcəkdə bu, şəhəri yaşanmaz hala gətirə bilər.
Ho Çi Minh Siti (Vyetnam)
Ho Çi Minh Sitidə bir çox ərazi risk altında olan güclü şəkildə qurulmuş bataqlıq ərazilərdir.
Araşdırma nəticəsində məlum olub ki, şəhər ildə 16,2 mm batır və Vyetnamın cənub əyalətlərinin əksəriyyəti növbəti 25 ildə su altında qala bilər.
Venesiya (İtaliya)
Venesiya çətin vəziyyətdədir. Çünki ildə 2 mm batır. O, həmçinin iqlim dəyişikliyinin təsiri səbəbindən daha da pisləşə biləcək şiddətli daşqınlarla mübarizə aparır.
Banqkok (Tayland)
Şəhər hazırda dəniz səviyyəsindən 1,5 metr yüksəklikdədir, lakin batmaq üzrədir və ölkə vətəndaşlarının 10%-dən çoxu yaxın 25 ildə su altında qala biləcək ərazilərdə yaşayır.
Bəsrə (İraq)
Şəhər kanallar və çaylarla əhatə olunmuşdur ki, bu da onu gələcək illərdə şəhəri yüksələn dəniz səviyyəsinə qarşı çox həssas edir.
Yeni Orlean (ABŞ)
Bu şəhər hər il təxminən iki düym batır. Ərazisinin təxminən yarısı artıq dəniz səviyyəsindən aşağıdadır.
Kolkata (Hindistan)
Kolkata xüsusilə 2050-ci ilə qədər şəhəri batıra biləcək musson mövsümündən təsirlənir.
Mayami (ABŞ)
Bəzi tədqiqatlar göstərir ki, Florida ştatının bu məşhur şəhəri 2060-cı ilə qədər 60% su altında qalacaq. Həmçinin 2040-cı ilə qədər dəniz səviyyəsinin əsrin əvvəlləri ilə müqayisədə 10-17 düym daha yüksək olacağı proqnozlaşdırılır.
İsgəndəriyyə (Misir)
İsgəndəriyyə Nil çayının deltasının kənarında yerləşir. Bu da şəhərin daşqınlara meyilli olmasına səbəb olur.
Dəniz səviyyəsi qalxdıqca bu, 2050-ci ilə qədər artan problemə çevrilə bilər.
Male (Maldiv adaları)
2050-ci ilə qədər adanın 80%-nin yaşayış üçün yararsız hala düşəcəyi proqnozlaşdırılır.
Dəniz səviyyəsinin yüksəlməsi Hind okeanında yerləşdiyi üçün həssas olan Maleni batmağa apara bilər.
Rio de Janeyro (Braziliya)
Şəhər genişlənən daşqın zonasında yerləşir və 70 milyondan çox sakin risk altındadır.
Məlumatlara görə, Rio-de-Janeyro yaxın 25 ildə dəniz səviyyəsinin 20 santimetrdən çox artması ilə qarşılaşa bilər.
Nubar Süleymanova, “İki sahil”