25 dekabr 2024 12:35
621

YAP Masallı rayon təşkilatında bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirilib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 25-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Masallı rayonu üzrə namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədləri ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlər barədə məlumat vermişdir.

Seyfəddin Əliyev  ölkəmizin dünya arenasındakı yeri, partiyamızın yarandığı şərait, gender bərabərliyi, dövlətimizin mənafeyinin qorunması istiqamətində görülən işlər, bələdiyyə üzvlərinin hüquq və vəzifələri, bələdiyyə qanunları barədə daha geniş və ətraflı məlumat verərək bildirib ki, YAP regionun ən böyük partiyasıdır. O, bu seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş üzvlərə uğurlar arzu edib və qedy edib ki, bu bələdiyyə seçkiləri də əvvəlkilər kimi daha mütəşəkkil, daha demokratik ruhda başa çatacaqdır.

Sonra Seyfəddin Əliyev  namizədlərlə bağlı fikirlərini, eləcə də qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tapşırıq və tövsiyələri bildirib.

Görüşdə namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş üzvlərdən Nərgiz Məmmədova, Nazilə Hüseynova, Şükufə Məmmədli, Alim Ələmov və başqaları çıxış edərək cəmiyyətdə bələdiyyələrin rolunun artmasının vacibliyindən, onların bir çox mühüm layihələrlə çıxış etməsinin zəruriliyindən danışıblar. Onlar bu ilki bələdiyyə  seçkisində Yeni Azərbaycan Partiyasının qalib gələcəyinə inandıqlarını  ifadə  ediblər.