Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 450 m² (hər mərtəbəsi 150 m²) olan üçmərtəbəli obyektdə yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, obyektin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 15 m² olan mətbəxində 3 ədəd məişət avadanlığı yanıb.
Yüksək temperaturdan 4 paq.m mətbəx mebeli qarsalanıb. Mətbəxin qalan hissəsi və obyekt yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.