22 dekabr 2024 02:34
320

Piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb

Bakının Nizami rayonunda piyadanı avtomobil vurub.

Hadisə Qara Qarayev prospektində baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Paşazadə Rauf Sahil oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Sürücü hadisə yerindən yayınıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.

APA