SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) ev sahibliyi və “Huawei” şirkətinin dəstəyi ilə “TransitHack” hakatonu keçirilib.
Bu barədə "İki sahil"ə BANM-dən məlumat verilib.
Tədbirdən əvvəl “Huawei Technologies Azerbaijan” şirkətinin nümayəndələri ilə görüş olub. Görüşdə nəqliyyat və ağıllı şəhər texnologiyaları sahəsində innovativ həllərin təşviqinə yönəlmiş hakaton barədə fikir mübadiləsi aparılıb.
Nəqliyyat və ağıllı şəhər texnologiyaları sahəsində innovativ həllərin təşviqinə yönəlmiş hakatonun qalibi BANM olub.
İştirakçılar arasında 35 komanda 12500 manat mükafat uğrunda mübarizə aparıb. Hibrid formatda keçirilən yarışa 7 komanda onlayn qoşulub. Bu prosesə dünyanın 25 müxtəlif şəhərindən 600-ə yaxın iştirakçı müraciət edib və 20 komanda finala çıxıb.
“Azneft” İB 106 saylı orta məktəbdə şagirdlər üçün növbəti səyyar tibbi müayinə aksiyası keçirib
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifəsinin tutulması üçün müsabiqə elan edir
“SOCAR Türkiyə” “GAMA Enerji”nin Həmdövrəli buxar-qaz turbin tipli Elektrik Stansiyasını satın alıb