05 oktyabr 2017 01:34
1992

İri timsah yaquarın günorta yeməyi oldu

Vəhşi təbiətdə maraqlı hadisə qeydə alınıb.

İngilis fotoqraf Kris Branskilin lentə aldığı video sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Videoda ac qalan yaquar timsaha hücum edib. Yaquar çayı üzərək keçib və timsaha hücum edərək onu ovlayıb.

Timsahın yaquar tərəfindən ovlanması isə marağa səbəb olub. Çünki yırtıcı heyvanlar bir-birlərinin ərazilərinə girmirlər. Amma bu dəfə ac qalan yaquar sərhədi keçib. Yaquar timsahı ovlayaraq yeyib.