Kəlbəcər rayonunun Zar kəndinə qaz xəttinin çəkilişi işlərinin artıq 90 %-i yerinə yetirilib.
Bu barədə “İki sahil"ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalt Birliyindən məlumat verilib.
Bildirilib ki, layihəyə əsasən 10 500 metr məsafədə müxtəlif diametrli polietilen və metal borularla qaz xətti çəkilir.
Çətin relyefli dağ şəraitində işləri həyata keçirən Birliyin əməkdaşları üçün modul tipli yaşayış məntəqəsi inşa edilib ki, burada da əməkdaşlar üçün hər bir şərait yaradılıb.
Ətraflı videoreportajdan izləyə bilərsiniz:
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO