Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir qadının 1500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı S.Qubadlı müəyyən olunaraq saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfərin 12000, digər şəxsin isə 1500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 51 yaşlı M.Bəylərov və 30 yaşlı E.Həsənov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
Leyla Əliyeva və Arzu Əliyeva Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
UNEC-də elmin rəqəmsallaşdırılmasında yeni mərhələ: AVESİS platforması təqdim olundu
Ali təhsil müəssisələrində “Rebuild Karabakh” hakatonuna dair infosessiyalar keçirilib - FOTO
Bakı ilə Sian şəhəri arasında birbaşa hava əlaqələrinin yaradılması müzakirə olunub