13 dekabr 2024 11:31
186

Birbank və AZAL-dan sərhədsiz səyahət imkanı

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə maliyyə azadlığı yaradaraq onlara yeni fürsətlər təqdim edir. Belə ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL-la əməkdaşlıq çərçivəsində Birbank taksit kartı sahibləri səyahətlərini arzuladıqları kimi planlamaq fürsəti qazanırlar. Atıq Birbank taksit kartına sahib olan hər kəs biletlərini 6 ayadək faizsiz taksitlə əldə edə bilər.

“İki sahil” xəbər verir ki, bunun üçün müştərilər AZAL-ın rəsmi internet saytı və ya mobil tətbiqdən uçuş biletini seçdikdən sonra ödəniş hissəsinə keçməli, taksitli ödənişi seçərək uyğun taksit müddətini təyin etməli və prosesi yekunlaşdırmalıdırlar. 50-dən çox beynəlxalq istiqamətdə səyahət Birbank taksit kartı ilə indi daha sərfəlidir. Bu kampaniya yox, müştərilərə daimi təqdim edilən unikal fürsətdir.

Ətraflı məlumat üçün: https://b-b.az/atpr

Bu yenilik səyahət etməyi sevən müştərilərə rahat və əlçatan şərtlər təklif edərək həm daxili, həm də beynəlxalq uçuşları daha əlverişli edir. Layihənin məqsədi müştərilərin ehtiyaclarını nəzərə alaraq onların gündəlik həyatını asanlaşdırmaq və maliyyə rahatlığını təmin etməkdir.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.