Bu il Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində müsbət irəliləyişlər olub. Buna bu ilin aprelində ilk dəfə olaraq iki ölkə arasında dövlət sərhədinin müəyyən hissəsinin delimitasiyasının və demarkasiyasının həyata keçirilməsini qeyd etmək olar.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
Nazir bildirib ki, Ermənistanla sülh müqaviləsi üzrə fiziki görüşlər həyata keçirilib. Həmçinin mətn üzrə mübadilələr davam etdirilib. Açıq sualların olmasına baxmayaraq, sülh müqaviləsi prosesində bəlli irəliləyişlər də əldə edilib.
Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb