Suriyadakı vəziyyətlə bağlı Prezident İlham Əliyev və Ərdoğan arasında telefon danışığı olub.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Prezident İlham Əliyev çıxışında Suriya xalqına təbriklər çatdırıb: "Əsəd rejimi çökəndən sonra Azərbaycan tərəfi ümid edir ki, Suriyada sülh və əminamanlıq təmin olunacaq. Azərbaycan və Suriya arasında dostluq münasibətləri qurulacaq. İkitərəfli əlaqələr inkişaf edəcək. Suriyadakı keçmiş rejimin rəhbərliyi altında bir çox beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ciddi problemlər yaradırdı. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə qeyri şərtlə çıxış edirdi".
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir
Prezident gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb