10 dekabr 2024 16:39
381

Bahar Muradova Abşeronda vətəndaşları qəbul edəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 19 dekabr 2024-cü il tarixində, saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində (Xırdalan şəhəri) vətəndaşları qəbul edəcək.

“İki sahil” xəbər verir ki, qəbulda Abşeron və Zəngilan rayon sakinlərinin müraciətlərinə baxılacaq.