10 dekabr 2024 15:26
279

Naxçıvandan 9 yaşlı məktəbli “STEAM AHEAD- 2024” olimpiadasında qalib olub FOTO

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Əsmənur Kərimli Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən  “STEAM AHEAD- 2024” olimpiadasının final mərhələsində iştirak edərək riyaziyyat fənni üzrə bürünc medala layiq görülüb. 

“İki sahil” xəbər verir ki, Əsmənur Kərimli  2024-cü ilin aprel ayında keçirilən SASMO- 2024 olimpiadasının qalibi kimi “STEAM AHEAD- 2024” olimpiadasına qatılıb. 

Məlumat üçün bildirək ki, olimpiadanın final mərhələsində  21 ölkədən 1254 məktəbli iştirak edib.