09 dekabr 2024 20:16
419

FIFA İntizam Komitəsi Türkiyə klublarının xallarını silib

FIFA İntizam Komitəsi Türkiyənin iki klubunun xallarını silib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

Ali futbol qurumu I Liqada çıxış edən "Yeni Malatyaspor"un 18, II təmsilçisi "Giresunspor"un isə 6 xalını silib.

Qəbul edilən qərardan sonra "Yeni Malatyaspor"un xalı -3 olub.