Portuqaliya milli komandasının sabiq üzvü Luiş Nani aktiv futbolçu karyerasını başa vurub.
“İki sahil” xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü sosial şəbəkə hesabında paylaşım edərək.
Təcrübəli oyunçunun oynadığı son klub "Eştrela Amadora" olub.
Qeyd edək ki, Nani karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Fənərbaxça", "Valensiya", "Latsio" və "Adana Dəmirspor" kimi klublarının formasını geyinib.
Nani 4 dəfə İngiltərə Premyer Liqasının, bir dəfə Çempionlar Liqasının qalibi olmaqla yanaşı, və AVRO-2016-nın çempion titulunu qazanıb.