09 dekabr 2024 12:14
155

Qvardiola futbolçulara necə motivasiya verir?

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola uğursuzluqlar fonunda komandanın futbolçularına necə motivasiya verdiyindən danışıb.

“İki sahil” xəbər verir ki, mütəxəssis klubun saytına açıqlamasında söyləyib:

“Oyunçulara dedim: “Xahiş edirəm, heç nəyə görə peşman olmayın. Mübarizə aparın. Bəlkə də hər şey daha çətin olacaq. Amma bəlkə də bu dəfə digər mövsümlərlə müqayisədə daha çox xoşbəxt olacağıq. Çünki əvvəlki mövsümlərdə çempionluq qazanarkən bu qədər problemlərlə üzləşməmişdik".

Qeyd edək ki, “Mançester Siti” hazırda Premyer Liqanın turnir cədvəlində 4-cü yerdədir. "Şəhərlilər"in 15 turdan sonra 27 xalı var. Komanda Çempionlar Liqasında isə 8 xalla 17-cidir.