Misli Premyer Liqasının XVI turu lider dəyişikliyi ilə əlamətdar olub. “Araz-Naxçıvan” “Səbail” üzərində 2:0 hesablı qələbə ilə xallarının sayını 39-a çatdırıb. Bununla da Elmar Baxşıyevin yetirmələri 1-ci pilləyə yüksəliblər. Bir xal geri qalan “Qarabağ”ın ehtiyatda bir oyunu qalsa da, Naxçıvan təmsilçisi turu zirvədə bitirib.
“İki sahil”in Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. “Araz-Naxçıvan” bunadək heç vaxt turu 1-ci yerdə bitirməyib.
Qeyd edək ki, Naxçıvan klubu Premyer Liqada 4-cü mövsümünü keçirir. Daha bir dəfə isə komanda yarışı başa vurmayıb.