PSJ-dən ayrılaraq "Real"a keçən Kilian Mbappe kiçik qardaşı Ethan Mbappenin Paris klubunu tərk etməsindən danışıb.
“İki sahil” xəbər verir ki, hücumçu vaxtilə qardaşının xatirinə PSJ klubu ilə müqaviləsini uzatmağa hazır olduğunu deyib:
“Bəli, belə bir şey olmuşdu. Qardaşım məndən heç nə istəmədi. Onun "Real"ı PSJ idi. "Real" mənim üçün nə demək idisə, PSJ də qardaşım üçün belə idi. Amma dolayısı ilə onu arzularından məhrum edən mən oldum. Təbii ki, bunu etməmişəm, amma mən belə hiss edirdim. Mən ondan hər zaman üzr istəyirəm. Qardaşım isə mənə deyir: “Xeyr. Onların sənə etdiklərindən sonra klubda qalmaq istəmirəm”.
Hətta qardaşıma demişdim: “Əgər bu, həqiqətən də sənə təsir edərsə, müqaviləni yenidən uzadacağam, sən də qalacaqsan. Biz burada qalacağıq”. O isə “Yox, olmaz, mən burada qalmaq istəmirəm" deyə cavab verdi. Əgər qardaşım istəsəydi, mən "Real" xəyalımdan əl çəkib, onun üçün qalardım".
Qeyd edək ki, Mbappe bu yay "Real"a keçib. Onun 17 yaşlı qardaşı Ethan da PSJ-dən ayrılaraq karyerasını "Lill"də davam etdirib.