09 dekabr 2024 10:01
360

Kişi həndbolçular arasında Azərbaycan çempionatında daha bir oyun keçirilib

Kişi həndbolçular arasında Azərbaycan çempionatında VII turun daha bir oyunu baş tutub.

“İki sahil” xəbər verir ki, "Kür" doğma meydanda "Azəryol"la üz-üzə gəlib.

Qarşılaşma Mingəçevir təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 32:23.

İki oyun az keçirən "Kür" xallarının sayını 10-a çatdırıb və hazırda ikinci pillədə qərarlaşıb. Yeddi matçdan sonra eyni xala malik olan "Azəryol" üçüncüdür.