09 dekabr 2024 09:16
335

MPL: "Turan Tovuz" "Şamaxı"ya qarşı

Bu gün Misli Premyer Liqasında 16-cı tura yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, son oyun günündə 1 matç keçiriləcək.

"Turan Tovuz" öz meydanında "Şamaxı" ilə qarşılaşacaq. Oyun saat 19:00-da başlayacaq. "Turan Tovuz" ardıcıl 4, "Şamaxı" isə 8 oyundur ki, qələbə qazana bilmir.

Bu komandalar arasında 1-ci dövrədə keçirilən oyun 2:2 hesabı ilə başa çatıb. 

 

9 dekabr

Misli Premyer Liqası,

16-cı tur

19:00. “Turan Tovuz”– “Şamaxı”
Hakimlər: 
Kamal Umudlu, Vüsal Məmmədov,  Asiman Əzizli, Rauf Allahverdiyev
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov

Tovuz şəhər stadionu

7 dekabr

“Səbail” 0-2 “Araz-Naxçıvan”

“Sabah” 1-1 “Qarabağ”

8 dekabr (bazar)

“Sumqayıt” 2–0 “Neftçi”

“Kəpəz” 0–4 “Zirə”