08 dekabr 2024 20:00
388

“Sumqayıt” “Neftçi”yə qalib gəldi

Misli Premyer Liqasının 16-cı turu "Sumqayıt" "Neftçi"ni qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 20-ci dəqiqəsində Kamran Quliyev hesabı açıb. 44-cü dəqiqədə isə Cordan Rezabala sumqayıtlıların üstünlüyünü 2 topa yüksəldib.

Qarşılaşma bu hesabla da başa çatıb – 2-0.

Misli Premyer Liqası,

16-cı tur

8 dekabr (bazar)

18:00. “Sumqayıt” 2–0 “Neftçi”

Qollar: Kamran Quliyev, 20, Cordan Rezabala, 44

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov

VAR: İnqilab Məmmədov

AVAR: Namiq Hüseynov

Məhərrəm Ağalaroğlu, “İki sahil”