Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo, dünyaca məşhur futbolçu Kriştiano Ronaldonu komandaya dəvət etmək üçün şəxsən zəng etməsi ilə bağlı xəbərləri təkzib edib.
“İki sahil” xəbər verir ki, bu barədə O Jogo nəşri xəbər yayıb.
Mourinyo bildirib ki, Ronaldonun xidmətlərinə ehtiyacı yoxdur: "O mənə lazım deyil. Hücumçularımdan razıyam. Ronaldo Səudiyyə Ərəbistanında pul qazanır və 1000 qol vurmağı hədəfləyir. Onu Türkiyəyə gəlməyə İstanbulun gözəlliyindən başqa nə vadar edə bilərdi?" - deyə məşqçi qeyd edib.