İngiltərə Premyer Liqasının XV turunda bu gün keçirilməsi nəzərdə tutulan “Everton” – “Liverpul” oyunu təxirə salınıb.
“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, Mersisayd derbisi fırtına təhlükəsi səbəbindən təşkil olunmayacaq.
Matçın hələlik hansı tarixdə keçiriləcəyi ilə bağlı qərar verilməyib.
Qeyd edək ki, “Liverpul” 35 xalla turnir cədvəlinə başçılıq edir. “Everton” isə 14 xalla 15-ci sırada qərarlaşıb.