07 dekabr 2024 00:11
453

"İnter" doğma meydanda üç xala sevinib

İtaliya A Seriyasında XV turun açılış oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, çempionluq mübarizəsi aparan "İnter" doğma meydanda "Parma" ilə qarşılaşıb. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində xallarını 31-ə çatdıran "İnter" 3-cü pillədə qərarlaşıb. "Parma" isə 15 xalla 12-ci yerdədir.