Milli Məclisin deputatı Elnarə Akimova növbəti dəfə seçicilərlə görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüş zamanı vətəndaşların müraciətləri ilə bağlı məsələlərin bir çoxu yerindəcə həllini tapıb. Digər müraciətlər baxılması üçün aidiyyəti qurumlara yönləndirilib.
Deputat gələcəkdə də belə görüşlərin davamlı olacağını və hər bir müraciətin diqqət mərkəzində saxlanılacağını bildirib.