05 dekabr 2024 17:40
194

“Azərpoçt” və “Bakı Taksi Xidməti” əməkdaşlığa başlayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Taksi Xidməti” və “Azərpoçt” MMC əməkdaşlığa başlayıb.

“İki sahil” bu barədə nazirliyə istinadla xəbər verir.

Məlumata görə, əməkdaşlıq çərçivəsində “Bakı Taksi Xidməti”nin avtomobillərində “Azərpoçt”un POS-terminalları quraşdırılıb. Beləliklə, “Azərpoçt” nəqliyyat ödənişlərinin nağdsız həyata keçirilməsini təmin edib.

Qısa zamanda POS-terminallar vasitəsilə 4 178 əməliyyat icra olunub, dövriyyə 146 min manat təşkil edib.