05 dekabr 2024 16:10
184

"Şuşa - İƏT Gənclər Paytaxtı 2024"ün iştirakçıları Şuşa və Xankəndi turuna çıxıb

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramının bağlanış mərasimindən sonra iştirakçılar Şuşa və Xankəndi turuna çıxıblar.

“İki sahil” xəbər verir ki, qonaqlar əvvəlcə Qarabağ Universitetinə və şəhər meydanına baş çəkiblər.

Əcnəbi qonaqlar daha sonra Yuxarı Gövhər Ağa məscidi və Şuşa qalası ilə tanış olublar.

İştirakçılara uzun müddət işğal altında qalan Şuşa və Xankəndi şəhərləri barədə ətraflı məlumat verilib.

Şuşa səhərində üç gün davam edən tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndəsi, gənclər və könüllülər iştirak ediblər.