05 dekabr 2024 12:29
181

Debet kartlarla aparılan əməliyyatların həcmi 95 milyard manatı ötüb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 95 milyard 155 milyon manat təşkil edib.

"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% və ya 27 milyard 650 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların 49 milyard 332 milyon manatı elektron ticarət vasitəsi ilə, 33 milyard 110 milyon manatı bankomatlar vasitəsi ilə, 10 milyard 205 milyon manatı POS-terminallar vasitəsi ilə, 67 milyon manatı özünə xidmət terminalları vasitəsi ilə, 2 milyard 441 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.