Azərbaycan ilə Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Türkmənistan Ticarət-Sənaye Palatasının sədrinin müavini Azat Nazarov və Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının Aşqabad şəhəri və Ahal vilayəti üzrə şöbə müdiri Yusup Gılıçdurdıyev ilə görüşüb.
“İki sahil” xəbər verir ki, AZPROMO-dan bildirilib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Türkmənistan arasında ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı ixrac potensialına malik məhsulların müəyyənləşdirilməsi və işgüzar dairələr arasında əməkdaşlığın inkişafı müzakirə olunub.
Görüşdə yaxın zamanda Türkmənistanın iş adamlarının Azərbaycana biznes missiyasının təşkili, eləcə də missiya çərçivəsində Türkmənistanın ixrac potensialına malik məhsullarından ibarət sərginin təşkili imkanları nəzərdən keçirilib.
Bundan başqa, cari ilin sonunadək Azərbaycan-Türkmənistan İşgüzar Şurasının yaradılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysləri istifadəyə verir: Gündə 4 reys həyata keçiriləcək
Azərbaycan Hava Yolları daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib
Mikayıl Cabbarov: Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb