05 dekabr 2024 12:21
357

Salahdan yeni Premyer Liqa rekordu

“Liverpul”un futbolçusu Məhəmməd Salah yeni rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, o, buna İngiltərə Premyer Liqasının 14-cü turunda “Nyukasl”la matçda (3:3) nail olub. 

32 yaşlı hücumçu görüşdə dubl edib və məhsuldar ötürmə verib.

Salah İngiltərə çempionatlarında həm qol vurduğu, həm də qol ötürməsi etdiyi matçların sayını 37-yə çatdırıb. Bu isə rekord göstəricidir.

Əvvəlki rekord isə Ueyn Runiyə məxsus idi - 36 oyun.