04 dekabr 2024 15:18
312

BHİK Baş Şurasının iclası keçirilir, AHİK sədri Sahib Məmmədov vitse-prezident vəzifəsinə təsdiqlənib

Dekabrın 3-də Braziliyada Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş Şurasının 35-ci iclası öz işinə başlayıb.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov iştirak edir.

BHİK-nın prezidenti xanım Akiko Qono Şuranın gündəliyi ilə üzvləri tanış edib. Sonra təşkilatın Baş katibi Luk Trianqlın hesabatı dinlənilib, ötən dövr ərzində görülən işlər Şura üzvlərinin diqqətinə çatdırılıb.

İclasda gündəlikdəki məsələlər, o cümlədən Baş Şuranın 34-cü iclasının hesabatı, 2025-ci il üçün iş planı, Baş Şuranın və İcraedici Büronun növbəti il üçün iclas günləri təsdiqlənib. Həmçinin Beynəlxalq Əmək Təşkilatı və BHİK-nın strateji prioritetləri, iqlim dəyişmələri və ədalətli keçid üzrə 2022-ci ildən indiyədək görülən işlər, sülh və təhlükəsizlik məsələləri müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.