03 dekabr 2024 14:44
467

İtaliyada mövsümün ən yaxşı baş məşqçisi seçildi

İtaliya A seriyasında 2023/24 mövsümünün ən yaxşı baş məşqçisi açıqlanıb.

“İki sahil” xəbər verir ki, bu ada “İnter”in çalışdırıcısı Simone İnzaqi layiq görülüb.

Mükafata “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini və “Yuventus”un çalışdırıcısı Tyaqo Motta da namizəd idi. 

Qeyd edək ki, İnzaqinin çalışdırdığı “İnter” ötən mövsüm A seriyasının qalibi olub.