03 dekabr 2024 08:36
362

Azərbaycan kubokunda 1/8 final start götürür

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk gündə 3 matç keçiriləcək. 

İlk iki cütdə Premyer Liqa təmsilçiləri I Liqanın kollektivləri ilə üz-üzə gələcək. “Səbail” “Qaradağ Lökbatan”ı, “Araz-Naxçıvan” isə “Mingəçevir”i sınağa çəkəcək. 

Günün son oyununda isə mərhələnin ən çox maraqla gözlənilən qarşılaşması - “Turan Tovuz” - “Sabah” matçı baş tutacaq. Cari mövsüm Misli Premyer Liqasında bu komandaların hər iki qarşıdurması heç-heçə yekunlaşıb - 2:2 və 1:1. 

Qeyd edək ki, 1/8 finalın digər 5 görüşü sabah keçiriləcək. 

Azərbaycan Kuboku

1/8 final

3 dekabr

15:00. “Qaradağ Lökbatan” - “Səbail”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli
"ASCO Arena"

16:00. “Araz-Naxçıvan” - “Mingəçevir”
Hakimlər:
 Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov
“Liv Bona Dea Arena”

18:00. “Turan Tovuz” - “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu

4 dekabr

16:00. “Qəbələ” - “Qarabağ”

16:00. “Kəpəz” - “İmişli”

18:00. “Neftçi” - “Difai”

19:00. “Zirə” - “Şamaxı”

19:00. “Sumqayıt” - MOİK