03 dekabr 2024 09:40
541

Sumqayıtda yaşayış binasında partlayış olub, dağıntılar altından üç nəfər sağ çıxarılıb - YENİLƏNİB-2

Sumqayıtdakı partlayış nəticəsində bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

***

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək bir nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti də məlumat yayıb.

Bildirilib ki, ərazi hadisə yerinə cəlb edilmiş polis əməkdaşları tərəfindən mühafizəyə götürülməklə, sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün və digər zəruri tədbirlər davam etdirilir.