A Seriyasının 14-cü turu çərçivəsində keçrilən "Fiorentina" - "İnter" qarşılaşması yarımçıq dayandırılıb.
“İki sahil”in ANSA-ya istinadən verdiyi məlumatına görə, yarışın 17-ci dəqiqəsində "Fiorentina"nın müdafiəçisi Edoardo Bove huşunu itirərək yerə yıxılıb.
Futbolçu dərhal xəstəxanaya çatdırılıb. Sonradan futbolçunun özünə gəldiyi bəlli olsa da, matç ertələnib.
Klub tərəfindən yayılan məlumata görə, mərkəzi sinir sistemi və ürək-damar sistemində ciddi zədələnmələr aşkarlanan futbolçu reanimasiyaya yerləşdirilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”