Noyabrın 23-dən 26-dək Qız Qalası ətrafında “Sweet November” yemək festivalı keçiriləcək.
Festivalın təşkilat komitəsindən AZƏRTAC-a bildirilib ki, müxtəlif adda ləzzətli təamları ilə tanınan kafe, restoran və yemək sferasında şəxsi bizneslə məşğul olanlar bu tədbirdə iştirak edə bilərlər.
Qız Qalası ətrafında həm körpələr, həm də böyüklər üçün müvəqqəti şəhərcik yaradılacaq. Hər bir iştirakçı masa arxasında isti yeməklərdən dadıb, tanınmış DJ-lərin treklərindən həzz ala biləcək.
Dörd gün davam edəcək festivala giriş sərbəstdir.
Festivalda məhsullarını təqdim etmək istəyənlərin qeydiyyatı noyabrın 10-da bitir. Maraqlananlar [email protected] ünvanına müraciət edə bilər.