01 dekabr 2024 20:57
484

"Qarabağ" "Neftçi"yə qalib gəldi

Misli Premyer Liqasının 15-ci turu çərçivəsində "Qarabağ" "Neftçi"nin qonağı olub.

“İki sahil”in məlumatına görə, saat 19:00-da başlayan yarışın 27-ci dəqiqəsində Leandro Andrade hesabı açıb. 53-cü dəqiqədə isə Nəriman Axundzadə ağdamlıların üstünlüyünü iki topa yüksəldib – 0-2. 55-ci dəqiqədə Leandro Andrade özünün ikinci, qomandasının üçüncü qolunu “Neftçi”nin qapısından keçirib.

Qarşılaşma bu hesabla da başa çatıb – 0-3.

Misli Premyer Liqası,

15-ci tur

1 dekabr (bazar)

19:00. “Neftçi” 0–3 “Qarabağ”

Qollar: Leandro Andrade, 27 (0-1), Nəriman Axundzadə, 53 (0-2), Leandro Andrade, 55 (0-3)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirli, Elçin Məsiyev

VAR: Kamal Umudlu

AVAR: Elşad Abdullayev

“Neftçi Arena"

Məhərrəm Ağalaroğlu, “İki sahil”